Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Kolumbiya limanında konteyner gəmisi körpüyə çırpılıb

Malta bayrağı altında üzən “CMA CGM Balboa” konteyner gəmisi Kolumbiyanın Barranquilla limanında körpüyə çırpılıb.

“Seanews.az” xəbər verir ki, Liman Administrasiyası hadisəni şərh edərkən deyib ki, gəmi mexaniki problemlə üzləşib və sürüşməyə başlayıb. Konteyner gəmisinin gövdəsi çatlayıb, ballast çənlərinə su  dolub.

“CMA CGM Balboa”-ya kömək etmək üçün dörd yedək gəmisi göndərilib və konteynerdaşıyan təhlükəsiz yerə köçürülüb.

Hadisə zamanı konteyner gəmisinin göyərtəsində 2,7 min ton yük olub.

Uzunluğu 186 metr, eni 28 metr, tutumu 1,8 min TEU olan “CMA CGM Balboa” 2007-ci ildə inşa edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır