Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-05,
Seanews
Heyder Eliyev

Hindistan gəmiçiliyin inkişafına 2,9 milyard dollar sərmayə qoyacaq

Hindistan hökuməti ölkənin gəmiqayırma və gəmi təmiri sənayelərinə uzunmüddətli maliyyə yardımı göstərmək məqsədilə xüsusi 250 milyard rupi (2,9 milyard dollar) dəyərində dəniz sektorunun inkişafı fondu yaradacaq.

“Seanews.az” xəbər verir ki, bu barədə “Marine Insight” nəşri Hindistan hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Gələcək fondun 49%-ni hakimiyyət orqanları təmin edəcək, qalan vəsait iri limanların administrasiyalarından, digər dövlət qurumlarından, dövlət müəssisələrindən, maliyyə institutlarından və özəl sektordan alınacaq.

İnvestisiya hesabına Hindistan donanmasının dünya üzrə dəniz yük daşımalarında payının 2047-ci ilə qədər 20%-ə çatdırılması planlaşdırılır.

Fondun vəsaitləri hesabına yaradılması nəzərdə tutulan yeni gəmiqayırma zavodlarının gücü 1,2 milyon qross ton təşkil edəcək. Müəssisələrə 10 il müddətinə torpaq icarəsi üzrə güzəştlər veriləcək. Hindistan tərsanələrinə ümumilikdə 180,9 milyard rupi (təxminən 2 milyard dollar) həcmində birbaşa subsidiyalar da nəzərdə tutulub.

Hökumət həmçinin gəmiqayırma və gəmilərin təkrar emalı üçün nəzərdə tutulan materialları 10 il müddətinə əsas gömrük rüsumundan azad etməyi planlaşdırır.

Hindistan limanlarının modernləşdirilməsi və avtomatlaşdırılmasına 61 milyard rupi (təxminən 700 milyon dollar) ayrılacaq.

Bundan əlavə, vəsaitin bir hissəsi gəmiqayırma texnologiyaları sahəsində elmi-tədqiqat və təkmilləşdirmə işlərinin dəstəklənməsi, kadrların hazırlanması, özəl sektorda mövcud və gələcək layihələndirmə və ixtisasartırma mərkəzlərinin dəstəklənməsinə yönəldiləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır