Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-06,
Seanews
Heyder Eliyev

Xəlifə limanında 300 min ton anbar tutumu olan taxıl terminalı tikiləcək

Birləşmiş Ərəb Əmirliklərinin ən böyük logistika və liman operatorlarından biri olan “AD Ports Group” “Al Hazaa İnvestment” qrupuna daxil olan “Al Ain Mills” ilə Xəlifə limanında torpaq sahəsinin icarəsi üçün müqavilə imzalayıb.

“Seanews.az” “AD Ports”-un mətbuat xidmətinə istinadən xəbər verir ki, orada taxılın saxlanması və emalı üçün terminal tikiləcək.

50 min kvadratmetr sahəyə malik terminalın anbarlarında təxminən 300 min ton taxıl saxlamaq mümkün olacaq. Terminalıın 2,5 ilə istifadəyə verilməsi nəzərdə tutulur.

“Al Ain Mills”-ə sahə 50 il müddətinə icarəyə verilir.

“AD Ports Group” 2006-cı ildə yaradılıb, logistika sahəsində ixtisaslaşıb və liman infrastrukturu, gəmiçilik və bunker biznesinə malikdir və azad iqtisadi zonaları idarə edir.

“Al Ain Mills” (Birləşmiş Ərəb Əmirlikləri) taxıl emalı və un istehsalı ilə məşğuldur. Şirkətin filiallarından biri Füceyrə limanında yerləşir.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır