Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-07,
Seanews
Heyder Eliyev

Bab əl-Məndeb boğazından gəmi keçidlərinin sayı iki dəfə azalıb

Dedveyti 10 min tondan çox olan gəmilərin Bab əl-Məndəb boğazından keçidlərinin sayı 2023-cü ilin noyabrından (husilərin gəmilərə hücumlarının başladığı vaxtdan) 48% azalaraq həftədə 459-dan 252-yə düşüb.

“Seanews.az” xəbər verir ki, ən böyük azalma quru yük seqmentində müşahidə olunub, burada səfərlərin sayı həftədə orta hesabla 540-dan 79-a düşməklə 85% azalıb.

“Dryad Global” dəniz təhlükəsizliyi agentliyinin məlumatına görə, xam neft daşıyan tankerlərin səfərlərinin sayı 78-dən 45-ə (azalma 42%) düşüb.

Hücumlardan əvvəl orta hesabla 130 səfər edən konteyner gəmiləri isə 70% az – 40 keçidlə kifayətləniblər.

Ümumi yük gəmiləri keçidlərin sayını 24% azaldıb. Mayeləşdirilmiş təbii qaz (LNG) və digər mayeləşdirilmiş qazların daşıyıcıları daha çox zərər çəkib, 2024-cü ilin mart ayının ortalarından bu yana boğazdan belə yükləri daşıyan gəmilər keçmir. LNG daşımaları isə 92% azalıb.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır