Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-03-12,
Seanews
Heyder Eliyev

“CMES” şirkəti 4,4 milyard dollar dəyərində 28 yeni gəmi sifariş edib

Çin gəmi sahiblərinin 2024-cü il üçün gəmiqayırma sifarişləri portfeli 123 milyard dolları keçib. İnvestisiya həcminə görə birinci yeri “China Merchants Energy Shipping” (“CMES”) tutub. Şirkət 4,4 milyard dollar dəyərində 28 yeni (əsasən neft tankerləri və mayeləşdirilmiş təbii qaz daşıyıcıları) sifariş edib.

“Seanews.az” xəbər verir ki, Çinin ən böyük konteyner daşıyıcısı “COSCO Shipping Lines”  ümumi dəyəri 3 milyard dollardan çox olan 18 “Panamax” konteyner gəmisi sifariş edərək ikinci yerdə qərarlaşıb. Bu gəmilərin tutumu 13,4 min TEU-dan 14 min TEU-dək  olacaq.

 “COSCO Shipping Development” 2024-cü ildə sifariş etdiyi  20 “Ultramax” və “Kamsarmax” balkerləri üçün 929 milyon dollar ödəyəcək.

“COSCO Shipping Bulk” 8 “Newcastlemax” balker və 2 filiz daşıyıcısının tikintisi üçün 822 milyon dollar xərcləyəcək.

Keçən il  “China Shipbuilding Trading” şirkəti 778 milyon dollar dəyərində 22 gəminin tikintisi üçün müqavilə imzalayıb. Bu, 80 min tonluq “Panamax” tipli gəmilər 2027-2028-ci illərdə sifarişçiyə təhvil veriləcək.

“Seacon Shipping Group” 738 milyon dollara əsasən tankerlər olmaqla 26 yeni gəmi sifariş edib.

Keçən il Çin tərsanələrindən daha çox tankerlər (27,4 milyard dollara 526 ədəd), balkerlər (17,7 milyard dollara 430 ədəd) və konteyner gəmiləri (46 milyard dollara 298 ədəd) sifariş edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır