Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-07,
Seanews
Heyder Eliyev

Barents dənizində heyət üzvü gəmidən dənizə düşüb

Barents dənizində “Suntar” gəmisinin heyət üzvü dənizə düşüb.

“Seanews.az” xəbər verir ki, “Antey Sever” şirkəti heyət üzvünün “Suntar” gəmisinin bortundan düşməsi faktını təsdiqləyir. Hazırda hadisənin bütün şəraiti müəyyən edilir.

Ailəsinə və qohumlarına başsağlığı verən şirkət həmçinin əlavə məlumat əldə olunduqca təqdim edəcəyinə söz verib.

“Arctic TV” şirkətinin məlumatına görə, “Murmanryba” xilasedici yedək gəmisi dənizçinin axtarışına çıxıb. Axtarış-xilasetmə əməliyyatı aparılan ərazidə hava pisləşir: yüksək dalğalar və güclü külək buzlanma təhlükəsi yaradır.

Yaponiya istehsalı olan “Suntar” 1989-cu ildə suya buraxılıb. Açıq mənbələrdən əldə edilən məlumata görə, o, “Antey” şirkətlər qrupunun donanmasına daxildir.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır