İsveçin ən uzun gəmisi Baltik dənizində patrul xidməti həyata keçirəcək
İsveç özünün “HMS Carlskrona” adlı ən uzun patrul gəmisini NATO qüvvələrinin tərkibində Baltik dənizində xidmət üçün göndərib.
“Seanews.az” İsveç Hərbi-Dəniz Donanması İdarəsinin məlumatına istinadən xəbər verir ki, uzunluğu 105,7 metr olan gəmi sualtı xilasetmə əməliyyatları üçün nəzərdə tutulub.
İki 40 mm-lik avtomatik topla silahlanan “HMS Carlskrona”-in helikopter meydançası da var.
Baltik dənizində patrul əməliyyatı NATO tərəfindən 2025-ci ilin yanvarında Baltik dənizinin sualtı infrastrukturunun mühafizəsi üçün başlayan “Baltic Sentry” əməliyyatı çərçivəsində həyata keçirilir. Bunu rabitə kabellərinin, boru kəmərlərinin və digər obyektlərin zədələnməsi hallarının artması ilə izah edirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır