“AD Ports Group” və “CMA CGM” şirkəti çoxməqsədli terminalı birgə idarə və istismar edəcəklər
Birləşmiş Ərəb Əmirliklərinin “AD Ports Group”-u və Fransanın “CMA CGM” şirkəti Konqo Respublikasının Puent-Nuar limanında (Konqo-Brazzavil) “New East Mole” çoxməqsədli terminalın birgə inkişafı, idarə edilməsi və istismarı haqqında razılığa gəliblər. Müqaviləni “CMA CGM-nin törəmə şirkəti “CMA Terminals” imzalayıb.
“Seanews.az” xəbər verir ki, “New East Mole” terminalı konteynerlər, ümumi, toplu və digər yüklər aşıracaq.
“AD Ports Group” və “CMA CGM” şirkətləri terminalı idarə və iistismar etmək üçün “AD Ports Group”-un böyük paya sahib olduğu birgə müəssisə yaradıblar.
“AD Ports Group” 16 metr dərinlikdə və 400 metr uzunluğunda körpü divarının, eləcə də 10 hektarlıq logistika zonasının tikintisini əhatə edən layihənin birinci mərhələsinə 807 milyon AED (təxminən 220 milyon dollar) sərmayə qoymağı planlaşdırır.
Qeyd edək ki, 2006-cı ildə yaradılan “AD Ports Group” logistika sahəsində ixtisaslaşıb, liman infrastrukturu, gəmiçilik, bunker biznesinə sahibdir və azad iqtisadi zonaları idarə edir.