Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-19,
Seanews
Heyder Eliyev

Cənubi Koreya gəmiqayırmanın inkişafına sərmayəni artıracaq

2025-ci ildə Cənubi Koreya qabaqcıl gəmiqayırma texnologiyalarının inkişafına 179 milyon dollar xərcləyəcək ki, bu da 2024-cü ildəki analoji xərclərdən 40% çoxdur.

“Seanews.az” xəbər verir ki, bu barədə ölkənin Sənaye Nazirliyi məlumat yayıb.

Ammonyak və elektrik kimi təmiz enerji mənbələri ilə işləyən gəmilərin, eləcə də külək enerjisindən istifadə üçün köməkçi qurğular kimi yaşıl avadanlıqların inkişafına xüsusilə diqqət yetiriləcək.

Daha əvvəl xəbər verildiyi kimi, Cənubi Koreyanın “HD Hyundai Mipo” şirkəti Belçikanın “Exmar” şirkətinin sifarişi ilə ammonyakla işləyən ilk gəminin tikintisinə başlayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır