Həştərxan gəmiqayırma zavodları Qazaxıstan üçün yeni gəmilər inşa etməyə hazırdır
Həştərxan vilayətinin vitse-qubernatoru və hökumətinin sədri Denis Afanasyev ilə Qazaxıstan Respublikasının Həştərxandakı baş konsulu Kanat Xasenov arasında keçirilən görüşdə gəmiqayırma sahəsində əməkdaşlıq müzakirə olunub.
“Seanews.az” xəbər verir ki, Denis Afanasyev bildirib ki, hazırda Həştərxan gəmi inşaatçılarının Qazaxıstandan sifarişlər portfeli var və həm dövlət, həm də özəl şirkətlər üçün yeni sifarişləri yerinə yetirməyə hazırdırlar.
Xatırladaq ki, “Stroyliderplus” şirkəti 2025-ci ilin sonunadək “Qazaxıstan su yolları” dövlət müəssisəsi üçün dörd yedək gəmisi tikməyi planlaşdırır.
Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin bir müddət əvvəl bildirdiyi kimi, bu gün qazaxıstanlı tərəfdaşlar üçün regionun gəmiqayırma zavodlarında iki özüyeriyən dibdərinləşdirən, iki barj və dörd yedək gəmisi tikilir.