Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-21,
Seanews
Heyder Eliyev

Hayfonda yeni dəniz konteyner terminalı istifadəyə verilib

Vyetnamın Hayfon şəhərində yeni “HHIT” (“Hateco Hai Phong International Container Port”) beynəlxalq konteyner terminalının açılış mərasimi ilk konteyner gəmisi “ESL Dubai”-nin gəlişi ilə baş tutub.

“Seanews.az” bu barədə terminalın operatorunun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Laç Huyen rayonunda yerləşən “HHIT” Vyetnamın şimalındakı ən böyük və ən müasir dərin su terminalıdır. Beynəlxalq gəmiçilik xətlərinin gəmiləri buraya səfər edə bilər. 73 hektar ərazini əhatə edən “HHIT” terminalı uzunluğu 900 metr və dərinliyi 16,8 metrdən 18,4 metrədək olan 2 yanalma körpüsünə malikdir.

Terminalda ən son texnologiya və idarəetmə sistemləri quraşdırılıb.

Qeyd edək ki, “Hateco Group” və “APM Terminals” Vyetnamın şimalında iki dərin su körpüsü tikmək üçün strateji tərəfdaşlıq sazişi 2023-cü ilin yazında imzalayıblar. Layihənin digər tərəfdaşı Danimarkanın “Maersk” qrupu seçilib.

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır