Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-20,
Seanews
Heyder Eliyev

Polşa yeni sualtı qayıqlar almağı planlaşdırır

Polşa hakimiyyəti Almaniya, İsveç və ya İtaliyadan yeni sualtı qayıqlar almaq imkanını nəzərdən keçirir. Sualtı qayıqların tikintisi üzrə müqavilə 2026-cı ilin birinci yarısında bir neçə milyard zlotiyə imzalana bilər.

“Seanews.az” bu barədə “Rzeczpospolita” qəzetinə istinadən xəbər verir.

Xatırladaq ki, 2024-cü ildə İspaniyanın “Navantia” şirkəti Polşaya sualtı qayıqlar tədarük etməyə hazır olduğunu bəyan etmişdi. Həmin vaxt gəmiqayırma şirkəti Polşa ordusunun almaq niyyətində olduğu üç sualtı qayığın dörd potensial təchizatçısından biri hesab olunurdu.

Beləliklə, öz sualtı qayıqlarını Polşaya təklif edən Fransanın “Naval Group”, Almaniyanın “TKMS” və İsveçin “Saab Kockums” şirkətlərinə “Navantia” da qoşulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır