İtaliyanın sahilində neft tankerində partlayışlar olub
İtaliyanın Savona şəhərinin limanında “Seajewel” neft tankerində iki partlayış baş verib.
“Report” xəbər verir ki, bu barədə “Fatto Quotidiano” qəzeti yazıb.
Bildirilib ki, Malta bayrağı altında üzən tanker Əlcəzairdən gəlib və fevralın 14-də İtaliya limanında yan alıb. Ekipaj “iki güclü partlayış səsi” barədə məlumat verib. Gəminin korpusunun yoxlanılması zamanı xaricdən təsir izləri olan deşik aşkar edilib, neft sızması və ya yaralanan yoxdur.
Yerli liman idarəsi vurğulayıb ki, mütəxəssislər hələ müəyyən edilməli olan bəzi nasazlıqlarla üzləşdikdən sonra yanacağın boşaldılmasını dayandırmaq qərarına gəliblər.
Hadisənin araşdırılması ilə Savona prokurorluğu məşğul olur, o da İtaliya Hərbi Dəniz Qüvvələrinin dalğıc qrupunu işə cəlb edib və yerli mafiya ilə mübarizə idarəsini məlumatlandırıb.