“AD Ports Group”-un xalis mənfəəti 485 milyon dollara çatıb
Birləşmiş Ərəb Əmirliklərinin ən böyük logistika və liman operatorlarından biri olan “AD Ports Group”-un 2024-cü il üçün xalis mənfəəti əvvəlki illə müqayisədə 31% artaraq 484,6 milyon dollar təşkil edib.
“Seanews.az” xəbər verir ki, il üçün vergi və digər ödənişlərindən əvvəlki mənfəət 45% artaraq 555 milyon dollara çatıb.
Ardıcıl üçüncü il azalma müşahidə edilən əsaslı xərclər hesabat dövründə 1,1 milyard dollar olub.
Qeyd edək ki, “AD Ports Group” 2006-cı ildə yaradılıb, logistika sahəsində ixtisaslaşıb və liman infrastrukturu, gəmiçilik və bunker biznesinə malikdir və azad iqtisadi zonaları idarə edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır