Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-21,
Seanews
Heyder Eliyev

“Cochin Shipyard” Hindistanın gəmiqayırma imkanlarını genişləndirəcək

Hindistanın ən böyük gəmiqayırma şirkəti “Cochin Shipyard” xarici investorun iştirakı ilə Koçin limanında gəmiqayırma zavodunun tikintisi üçün 20 milyard rupi (təxminən 200 milyon dollar) dəyərində layihə həyata keçirməyi planlaşdırır.

“Seanews.az” xəbər verir ki, bu barədə “India Shipping News” sahə nəşri məlumat yayıb.

Şirkət bu yaxınlarda Uillinqdon adasındakı Koçin limanında gəmi təmiri zavodunu (9,7 milyard rupi) istifadəyə verib. Hindistanın gəmi təmiri ehtiyaclarını ödəyəcək müəssisə gəmilərin regional bərpa mərkəzinə çevriləcək.

Genişləndirmə layihəsi üçün liman idarəsi mövcud 150 akr torpaq sahəsinin bir hissəsini “Cochin Shipyard”-a icarəyə verəcək.

Bundan əvvəl şirkət üçüncü quru dokunu istifadəyə verib. Təxminən 18 milyard rupiyə başa gələn dok Koçin gəmiqayırma zavoduna LNG daşıyıcıları, “Capesize” və “Suezmax” gəmiləri, neft buruqları və yarımdalma qurğuları inşa etməyə imkan verəcək.

Hökumətin gəmiçilik sektorunu canlandırmaq səyləri artıq Cənubi Koreya və Yaponiyanın iri gəmi istehsalçılarının marağına səbəb olub və onlar bu layihələrdə investisiya imkanlarını araşdırırlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır