Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-21,
Seanews
Heyder Eliyev

Lonq-Biç limanının yükaşırma imkanlarının artırılmasına 2,3 milyard dollar sərmayə qoyulacaq

ABŞ-ın Lonq-Biç limanında 2025-ci ilin yanvarında 952,733 TEU aşırılıb ki, bu da 2024-cü ilin yanvar ayı ilə müqayisədə 41,4% çoxdur.

“Seanews.az” xəbər verir ki, o cümlədən limanın terminallarında 471 649 TEU idxal konteynerləri (+45%), 98 655 TEU ixrac konteynerləri (+14%) və 382 430 TEU boş konteynerlər (+45,9%) işlənib.

Limanın yük dövriyyəsində səkkizinci aydır ki, artım qeydə alınır. Üstəlik, cari ilin birinci ayı üzrə nəticə 2022-ci ildə əldə edilmiş rekord göstəricidən 18,9% çoxdur. Əlavə olaraq, 2025-ci ilin yanvar ayı Lonq-Biç limanının tarixində yük aşırılmasında ikinci ən yaxşı ay olub.

1911-ci ildə tikilmiş Lonq-Biç limanı dünyanın 217 limanından 175 gəmi xətti ilə trans-Sakit okean xidmətlərində daşınan yüklərin aşırılması üçün ən böyük mərkəzlərdən biridir. Hər il 200 milyard dollar dəyərində konteyner yüklərini idarə edən limanın administrasiyası növbəti 10 il ərzində yükaşırma imkanlarının artırılmasına 2,3 milyard dollar sərmayə qoymağı planlaşdırıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır