Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-21,
Seanews
Heyder Eliyev

“Cochin Shipyard” və “Maersk” gəmiqayırma və təmir sahəsində əməkdaşlıq edəcək

Danimarkanın “A.P. Moller-Maersk” (“Maersk”) şirkətlər qrupu və Hindistanın ən böyük gəmiqayırma şirkəti “Cochin Shipyard Limited” (“CSL”) 17 fevral 2025-ci ildə Hindistanda gəmi təmiri, onlara texniki xidmət və yeni gəmilərin tikintisi sahəsində əməkdaşlıq imkanlarını araşdırmaq üçün niyyət məktubu imzalayıblar.  

“Seanews.az” xəbər verir ki, bu barədə “Maersk”-in mətbuat xidməti məlumat yayıb.

Əldə edilən strateji tərəfdaşlıq sazişi Hindistan hökumətinin 2047-ci ilə qədər gəmi təmirini inkişaf etdirmək planlarına və ölkənin dünyanın ən yaxşı beş dəniz mərkəzindən biri olmaq niyyətinə uyğundur.

“Maersk” müqaviləyə əsasən, “Cochin Shipyard Limited”-in konteyner gəmilərinə xidmət, təmir və quru dok imkanlarından istifadə edəcək. “CSL” tərsanələrində artıq  2025-ci ildə “Maersk”-in gəmilərinin təmir edilməsi planlaşdırılır. İlkin olaraq, tutumu 7000 TEU-ya qədər olan gəmilərin təmiri nəzərdə tutulur.

Qeyd edək ki, “Coching Shipyard Limited” (“CSL”) Hindistanın gəmiqayırma və gəmi təmiri ilə məşğul olan şirkətidir. Bu yaxınlarda Hindistanın ilk döyüş gəmisinin tikintisi üçün də sifariş alıb.

Sorağı 130-dan çox ölkədən gələn  “A.P. Moller-Maersk”-in isə konteyner daşımaları, logistika, neft və qaz seqmentlərində fəaliyyət göstərən bölmələri var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır