Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-22,
Seanews
Heyder Eliyev

Panama kanalının ödəniş sistemini dəyişmək planları yoxdur

Panama kanalının ödəniş sistemi dəyişməyəcək.

“Seanews.az” xəbər verir ki, bu barədə Panama kanalının əməliyyatlar üzrə vitse-prezidenti Boris Moreno “RİA Novosti”-yə müsahibəsində bildirib. O qeyd edib ki, hazırda ödəniş sisteminin dəyişdirilməsinə ehtiyac yoxdur: “Biz sistemin dəyişdirilməsinə ehtiyac görmürük, çünki o, 25 ildən artıqdır ki, yaxşı işləyir.”

Vitse-prezidentin sözlərinə görə, gəminin tonajına əsaslanan kanal haqqının təyin edilməsi prosesi ictimai dinləmələrdən sonra kanalın idarə heyəti və ölkənin Nazirlər Kabineti tərəfindən təsdiqlənir.

Bundan əvvəl Panama kanalı administrasiyası ABŞ gəmiləri üçün ödənişdən imtina edəcəyi ilə bağlı xəbərləri təkzib etmişdi.

Xatırladaq ki, 2024-cü ilin dekabrında Donald Tramp ABŞ-ın seçilmiş prezidenti qismində gəmilərin kanaldan keçməsi tariflərini azaltmaq üçün Panamaya ultimatum vermişdi. Əks halda o, gəmiçilik arteriyasına nəzarəti bərpa edəcəyi ilə hədələmişdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır