Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-23,
Seanews
Heyder Eliyev

“COSCO” terminallarının konteyner dövriyyəsi 8% artaraq 9,42 milyon TEU-ya çatıb

2025-ci ilin yanvar ayında “COSCO” terminallarının ümumi konteyner dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 8% artaraq 9,42 milyon TEU-ya çatıb.

“Seanews.az” xəbər verir ki, ilin ilk ayında Bohai körfəzi terminallarında konteyner dövriyyəsi 1,7% artaraq 1,44 milyon TEU-ya, Yantze deltası terminallarında 9,9% artaraq 1,5 milyon TEU-ya, Cənub-şərq sahillərindəki terminallarda 3,3% artaraq 512,1 min TEU-ya, Mirvari çayı terminallarında (Çjuszyan) 2,5% artaraq 2,45 milyon TEU-ya, Cənub-qərb sahili terminallarında 11% artaraq 712,3 min TEU-ya yüksəlib.

“COSCO”-nun Çindən kənarda yerləşən terminallarında 2,8 milyon TEU  aşırılıb ki, bu da 16,2% artım deməkdir.

Xatırladaq ki, “COSCO”  terminallarının konteyner dövriyyəsi 2024-cü ildə 111,9 milyon TEU (+5,7%) təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır