Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-24,
Seanews
Heyder Eliyev

Yük gəmisi ilə toqquşmadan sonra təyyarədaşıyanın kapitanı işdən çıxarılıb

ABŞ təyyarədaşıyanının Misir sahillərində yük gəmisi ilə toqquşmasından sonra “USS Harry Truman”-ın kapitanı Deyv Snouden vəzifəsindən uzaqlaşdırılıb.

“Seanews.az” xəbər verir ki,  ABŞ Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, o, “komandirlik qabiliyyətinə inamı itirdiyinə görə tutduğu vəzifədən uzaqlaşdırılıb”.

Hadisə fevralın 12-də yerli vaxtla saat 23:46-da Misirin Port Səid limanı yaxınlığında baş verib:  ABŞ-ın təyyarədaşıyan gəmisi Panama bayraqlı “Beşiktaş-M” yük gəmisi ilə toqquşub.

Qəza nəticəsində “USS Harry Truman”-ın anbarlarından birinin üst platforması, iki anbarın xarici divarı və texniki xidmət otağı zədələnib.

Təyyarədaşıyan gəmi təcili təmir üçün Yunanıstanın Krit adasındakı Souda körfəzinə gəlib.

Qeyd edək ki, “USS Harry S. Truman”-ın başçılıq etdiyi aviadaşıyıcı zərbə qrupuna idarə olunan “USS Gettysburg” raket kreyseri və “USS Stout”, “USS The Sullivans” və “USS Jason  Dunham” esminesləri daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır