Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-28,
Seanews
Heyder Eliyev

Aİ “kölgə donanması” adlandırılan gəmilərin siyahısını genişləndirilib

Dünən Aİ Şurası Avropanın xarici işlər nazirləri səviyyəsində 16-cı anti-Rusiya sanksiyalar paketini təsdiqləyib.

“Seanews.az” “RİA Novosti”-yə istinadən xəbər verir ki, yeni sanksiyalara, xüsusən, Rusiyadan ilkin alüminium idxalına, 13 bankın SWIFT-ə girişinə qadağa, bir sıra dəniz liman və hava limanları ilə əməliyyatların dayandırılması daxildir. “Kölgə donanması” adlandırılan gəmilərin siyahısı genişləndirilib, daha 74 gəmi əlavə edilib və ümumilikdə 153 gəmi hazırda sanksiyalar altındadır.

Xatırladaq ki, Aİ-nin 15-ci sanksiya paketinə “kölgə donanmasına qarşı mübarizə” çərçivəsində 52 gəmi daxil idi.

Nəşr xatırladır ki, sanksiyaların Rusiya gəmiqayırma sənayesinə təsirini daha əvvəl Rusiya prezidentinin köməkçisi və Rusiya Gəmiçilik Şurasının sədri Nikolay Patruşev qiymətləndirmişdi. Onun sözlərinə görə, Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalar Rusiyaya yeni sənayeləşməni həyata keçirmək imkanı verib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır