Tramp ABŞ-nin Yunanıstandakı hərbi dəniz bazasını tərk etməsi ehtimalını rədd edir
ABŞ prezidenti Donald Tramp ABŞ ordusunun Yunanıstanın Aleksandrupolisdəki bazasını tərk etməyi planlaşdırdığına dair xəbərləri təkzib edib.
Bu barədə “Seanews.az” xarici mediaya istinadən xəbər verir.
"Bu, yanlış məlumatdır", - Donald Tramp müxbirin Amerika qoşunlarının Yunanıstandan çıxarılması planları ilə bağlı sualına cavab verib.
Bundan əvvəl məlumat verilmişdi ki, ABŞ hökuməti öz ölkəsinin Yunanıstanın Aleksandrupolis şəhərində hərbi-dəniz bazasını saxlamasının zəruriliyi ilə bağlı məsələ qaldırıb.
“Hellasjournal.com” portalının məlumatına görə isə, daha sonra Pentaqonun nümayəndəsi bu obyektlə bağlı ətraflı izahat verib: "Aleksandrupolidə ABŞ bazası yoxdur, bu, ABŞ-ın qarşılıqlı müdafiə sahəsində əməkdaşlıq müqaviləsi əsasında girə biləcəyi Yunanıstan obyektidir. Bu, sadəcə olaraq, ABŞ silahlarının Avropaya daxil olması-çıxması üçün yerüstü nəqliyyat qovşağı rolunu oynayır. ABŞ-ın nəqliyyat personalı vaxtaşırı silahların göndərilməsini və çatdırılmasını idarə etmək üçün ərazidə ola bilər. Lakin ABŞ-ın "baza"sı deyil ki, Pentaqon bunu bağlaya bilsin".