Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-28,
Seanews
Heyder Eliyev

Bəhreyn limanının yükaşırma imkanları iki dəfə artırılacaq

Beynəlxalq liman və terminal operatoru “APM Terminals” (Danimarkanın “A.P. Moller-Maersk” qrupuna daxildir) 2030-cu ilədəkr Bəhreyndə Xəlifə Bin Salman limanının (KBSP) gücünü iki dəfə artırmağı planlaşdırır.

“Seanews.az” “APM Terminals”-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, şirkət Krallığın Nəqliyyat və Telekommunikasiya Nazirliyi ilə müvafiq niyyət məktubu imzalayıb.

“APM Terminals”-ın Asiya və Yaxın Şərq üzrə direktoru Con Qoldnerin bildirdiyinə görə, “A.P. Moller-Maersk” bundan əvvəl Bəhreyndə köhnəlmiş gəmilərin ekoloji cəhətdən təmiz utilizasiyası üçün kompleksin yaradılmasına dair anlaşma memorandumu imzalamışdı. Onun sözlərinə görə, təkrar emal edilmiş polad liman vasitəsilə təkrar ixrac ediləcək.

“APM Terminals” və Bəhreyn hökuməti həmçinin terminalın enerji tələbatının 100%-ni ödəyəcək 11,5 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsini həyata keçirmək niyyətindədir. Bu planlar şirkətin 2040-cı ilə qədər Xəlifə bin Salman limanında xalis sıfır emissiyaya nail olmaq niyyətinə uyğundur.

Xəlifə Bin Salman limanının təməli 2009-cu ilin aprelində qoyulub. 110 hektar ərazidə yerləşən limana 900 kv.m sahəsi olan konteyner terminalı, ümumi və Ro-Ro yüklərinin aşırılması üçün obyektlər daxildir.

Qeyd edək ki, “APM Terminals” dəniz limanları və terminalların, eləcə də quru terminalların layihələndirilməsi, tikintisi, idarə edilməsi və istismarı üzrə ixtisaslaşıb. Şirkətə hazırda 65 terminal və 117-dən çox daxili logistika mərkəzi daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır