Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-17,
Seanews
Heyder Eliyev

"NYK" üç tarixi gəmi şirkətini birləşdirərək yeni yük daşıma nəhəngi yaradır

Yaponiyanın" Nippon Yusen Kaisha" (NYK) şirkətinə daxil olan üç gəmiçilik və gəmi idarəetmə şirkəti — "Asahi Shipping", "Hachiuma Steamship" və "Mitsubishi Ore Transport" birləşərək fəaliyyətlərini inteqrasiya edəcək.

"Seanews.az" xəbər verir ki, yeni şirkət "NYK Bulkship Partners" adlanacaq və rəsmi olaraq gələn il aprelin 1-dən fəaliyyət göstərəcək.

Bu qurum 21 gəmi üzərində tam mülkiyyət hüququna sahib olacaq və əlavə olaraq 90 gəmiyə idarəçilik xidmətləri göstərəcək.

Yeni şirkətə "Mitsubishi Ore Transport"-un hazırkı prezidenti Koichi Uragami rəhbərlik edəcək.

Birləşmə nəticəsində Yaponiyanın gəmiçilik tarixində bir çox məşhur brendlər fəaliyyətini dayandıracaq. Məsələn, "Asahi Shipping" 1946-cı ildə yaradılıb və 2002-ci ildə NYK tərəfindən alınmışdı. "Hachiuma Steamship" isə tarixi 1861-ci ilə gedib çıxır və 1964-cü ildən "NYK"-nın tərkibindədir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır