Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-17,
Seanews
Heyder Eliyev

"Svitzer" və "Cochin Shipyard" Hindistanda elektriklə işləyən yedək gəmilərinin inşası üzrə əməkdaşlığa başlayır

Danimarkanın "Svitzer" şirkəti Hindistanda yeni nəsil elektrik yedək gəmilərinin tikintisi üçün "Cochin Shipyard" ilə niyyət protokolu (LoI) imzalayıb.

"Seanews.az" xəbər verir ki, sənəd Hindistanın Mumbay şəhərində keçirilən India Maritime Week tədbiri çərçivəsində imzalanıb.

“Sözügedən niyyət protokolunun imzalanması bizim elektrikləşmə yolumuzda qətiyyətli bir addımdır,” – deyə Svitzer şirkətinin baş direktoru Kasper Nilaus bildirib.

"Cochin Shipyard" şirkətinin İdarə Heyətinin sədri və baş direktoru Madhu Nair isə qeyd edib ki, bu əməkdaşlıq yerli təchizat zəncirlərini gücləndirəcək və Hindistanla yanaşı, xarici limanlar üçün də yaşıl və yüksək performanslı yedək gəmilərinin əlçatanlığını sürətləndirəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır