IUMI: "Dəniz sığorta bazarında sabitlik qorunur, lakin dəniz enerji sektoru çətinliklə üzləşir"
2024-cü ildə korpus və yük sığorta bazarlarında sabitlik müşahidə olunub, lakin dəniz enerji sektoru azalma ilə üzləşib.
"Seanews.az" xəbər verir k, bu barədə Beynəlxalq Dəniz Sığortası İttifaqının (IUMI) illik statistik hesabatında qeyd olunur.
Hesabata əsasən, 2024-cü ildə qlobal dəniz sığortası üzrə ümumi gəlir 39,92 milyard ABŞ dolları təşkil edib. Bu da 2023-cü illə müqayisədə 1,5 faiz artım deməkdir. Artım əsasən qlobal ticarət həcmlərinin və dəyərlərinin yüksəlməsi, gəmilərin say və dəyərindəki dəyişikliklər və neft qiymətlərinin təsiri ilə əlaqələndirilir.
Korpus sığortası üzrə gəlir 9,67 milyard dollar olub. Bu, əvvəlki illə müqayisədə 3,5 faiz artım deməkdir. Avropa bazarı bu seqmentdə əsas paya sahib olaraq 2019-cu ildən bəri fasiləsiz artım trendini qoruyub. Rusiya bazarında isə 42 faiz artım qeydə alınıb ki, bu da sanksiyalar nəticəsində risklərin xaricdə yerləşdirilməsinin məhdudlaşdırılması ilə bağlıdır.
Yük sığortası üzrə gəlirlər 22,64 milyard dollar təşkil edib. Bu, 1,6 faiz artım deməkdir. Artım templərinin zəif qalması qlobal iqtisadi və ticarət şəraiti ilə izah olunur. Çin bazarında nəticələr xüsusilə müsbət olub. Yük sığortası üzrə zərərlilik göstəriciləri ardıcıl altıncı il yaxşılaşıb.
Dəniz enerji sektoru son illərin artım tendensiyasını itirərək 2024-cü ildə 7,9 faiz azalma ilə 4,34 milyard dollar səviyyəsində qalıb. Bu bazarın 60 faizi Londonun payına düşür, şimal ölkələri isə 2024-cü ildə payını 27 faiz artıran yeganə region olub. Geriləməyə neft qiymətlərinin təzyiqi, sanksiyalar, dekarbonizasiya təşəbbüsləri və bazar tutumunun azalması səbəb göstərilib.
Hesabatda, həmçinin "IUMI Hull Inflation Index" adlı yeni indeks təqdim olunub. Bu göstərici gəmi təmiri xərclərinin inflyasiyasını makroiqtisadi amillərlə izah etməyə imkan verir.Lange vurğulayıb ki, geosiyasi gərginliklər, ticarət məhdudiyyətləri və iqtisadi qeyri-sabitlik bütün sığorta növlərinə təzyiq yaradır:
O qeyd edib ki, “faiz dərəcələrinin azalması və inflyasiyanın enməsi müsbət amil olsa da, zəif ABŞ dolları sığorta şirkətlərinin gəlirlərinə təsir göstərir və idman ödənişlərinin dəyərini artırır.”
IUMI rəhbəri əlavə edib ki, “donanmanın yaşlanması, iqlim dəyişikliyi, iri gəmilərdə yanğın riski və risklərin toplanması kimi amillər sığorta bazarı üçün əsas çağırış olaraq qalır.”

