Fırtına zamanı saya oturan “Star Bueno” yenidən üzdürülüb
Vyetnamda Quang Ngai körfəzindəki Dung Quat limanının yaxınlığında güclü külək səbəbindən 25 oktyabrda saya oturan “Star Bulk Carriers” şirkətinə məxsus “Star Bueno” adlı “Capesize” tipli gəmi xilas edilib.
Seanews.az xəbər verir ki, gəmi 29 oktyabr tarixində yenidən üzdürülüb. Kapitan bildirib ki, 1-ci, 5-ci və 7-ci yük anbarlarına su dolub, lakin heyət mobil nasoslardan istifadə edərək suyu təmizləyib.
Hadisə zamanı göyərtədə 22 nəfər heyət üzvü olub. Onların hamısının salamat olduğu bildirilir.
Hadisədən sonra Quang Ngai Dəniz İdarəsi gəmiyə baxış keçirib, suyun daxil olduğu anbarlardan dəniz suyu nasos vasitəsilə təmizlənib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

