Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-17,
Seanews
Heyder Eliyev

"China Merchants Port" Braziliyada konteyner terminalına investisiya yatıracaq

"China Merchants Port" şirkəti Braziliyadakı liman fəaliyyətini daha da genişləndirərək Paranagua Konteyner Terminalına ("TCP") 280 milyon dollarlıq investisiya yatırır.

"Seanews.az" xəbər verir ki, şirkət Braziliyanın "MPort" şirkəti ilə "TCP"nin genişləndirilməsi layihəsi üzrə investisiya sazişi imzalayıb.

Sazişə əsasən növbəti illərdə layihəyə 1,5 milyard realdan (təxminən 280 milyon dollar) çox sərmayə qoyulacaq. Məqsəd terminalın saxlama və yükləmə qabiliyyətini artırmaqdır.

Braziliyanın Milli Limanlar Katibi Alex Avila bildirib: “Bu investisiyalar sayəsində Paranagua Konteyner Terminalı Braziliyanın ən iri və strateji əhəmiyyətli limanlarından birinə çevriləcək.”

"China Merchants Port" 2017-ci ildə TCP-nin 90%-lik payını almaq üçün razılaşma imzalayıb və 2018-ci ildə sövdələşməni tamamlayaraq Braziliya bazarına daxil olub.

Hazırda TCP Cənubi Amerikanın ən böyük konteyner terminalıdır. O, illik 2,5 milyon TEU yük dövriyyəsini həyata keçirmək və Braziliya sahillərində dünyanın üç ən böyük gəmilərini eyni anda qəbul etmək imkanına malikdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır