“DP World Group” Suriyadakı Tartus limanının idarəçiliyini öz üzərinə götürüb
Dubayda yerləşən logistika operatoru olan “DP World” Aralıq dənizi sahilində yerləşən Suriyanın Tartus limanının idarəçiliyini rəsmi olaraq öz üzərinə götürüb.
APA xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilib.
Qeyd olunub ki, 2025-ci ilin may ayının ortalarında Suriyanın Quru və Dəniz Limanları Baş İdarəsi və “DP World Group” arasında Tartusda çoxfunksiyalı terminalın inkişafı və istismarı üçün anlaşma memorandumu imzalanıb.
İyul ayında imzalanan yekun müqavilə, həmçinin liman daxilində sənaye klasterləri və azad iqtisadi zonaların yaradılması üçün birgə səyləri nəzərdə tutur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

