Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-11-18,
Seanews
Heyder Eliyev

"CMA CGM" şirkəti "EUROGATE Hamburg" konteyner terminalında 20% pay alacaq

Fransanın Marsel şəhərində fəaliyyət göstərən konteyner gəmiləri şirkəti "CMA CGM" "EUROGATE Container Terminal Hamburg" (CTH) şirkətində 20% pay əldə etmək üçün müddətli müqavilə imzalayıb.

"Seanews.az" xəbər verir ki, əməliyyatın 2026-cı ilin ilk yarısında müvafiq tənzimləyici təsdiqlər alındıqdan sonra tamamlanması gözlənilir.

"CMA CGM"-in bu strateji investisiyası qrupun qlobal gəmiçilik şəbəkəsini dəstəkləmək və Avropada infrastruktur portfelini genişləndirmək planları ilə bağlıdır. 

Dünyada 64 terminalda maraqları olan "CMA CGM" bildirir ki, layihə çərçivəsində terminalın sahəsi təxminən 38 hektar genişləndiriləcək. Bu genişləndirmə terminalın tutumunu təxminən 4 milyon TEU-dan 6 milyon TEU-a qədər artıracaq, əməliyyat effektivliyi yüksələcək və intermodal əlaqələr modernləşdiriləcək.

Qeyd edək ki, CMA CGM Almaniyada uzunmüddətli və genişlənən fəaliyyət göstərir. Qrup 1991-ci ildə Hamburq və Bremen şəhərlərində ofislər açıb və hazırda Almaniya "CMA CGM"-in regional qruplaşmasının əsas mərkəzi rolunu oynayır. Bu regional şəbəkəyə Almaniya, İsveçrə, Avstriya, Slovakiya və Çexiya daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır