Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-11-18,
Seanews
Heyder Eliyev

Kocaelidə saya oturan “RAPID” gəmisi xilas edilərək təhlükəsiz əraziyə aparılıb

18 sentyabrda Kefkən açılarında saya oturan Tanzaniya bayraqlı “RAPID” adlı quru yük gəmisi xilas edilərək təhlükəsiz əraziyə aparılıb.

"Seanews.az" xəbər verir ki, hadisədən sonra aparılan genişmiqyaslı əməliyyat zamanı gəmidə olan 7 nəfərlik heyət helikopter vasitəsilə təxliyə edilmişdi.

Kocaelinin Kandıra rayonunda saya oturan gəmidə daşınan 2 135 ton gips yükünün boşaldılması başa çatdıqdan sonra xilasetmə işlərinə başlanılıb. Yükün 10 noyabr tarixində “SEMA 1” adlı platformaya ötürülməsi əməliyyatı dünən axşam saatlarında tamamlanıb.

Yük boşaldıldıqdan sonra gəminin suya doğru hərəkət etməsi xilasetmə əməliyyatını mümkün edib və proses gecə saatlarında həyata keçirilib. “RAPID” Kefkən adası yaxınlığındakı təhlükəsiz zonaya aparılıb.

Gəminin həmin ərazidə texniki baxışdan keçiriləcəyi, vəziyyətə uyğun olaraq sökülməsi və ya başqa yerə daşınması barədə qərarın veriləcəyi bildirilib.

Digər tərəfdən, “SEMA 1” platformasına ötürülmüş 2 135 ton yüklə bağlı logistika prosesi də davam edir. Yükün gün ərzində Ereğli Limanına daşınması planlaşdırılır.

Xatırladaq ki, 81 metr uzunluğundakı “RAPID” adlı quru yük gəmisi 18 sentyabrda Kefkən açılarında hava şəraiti səbəbilə nəzarətdən çıxaraq saya oturmuşdu.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır