"Star Bulk" "Hengli"-də üç "Kamsarmax"ın tikintisini təsdiqləyib
"Star Bulk Carriers" "Hengli Shipbuilding"-də üç "Kamsarmax" gəmisinin alınması üzrə razılaşmaları təsdiqləyib.
"Seanews.az" xəbər verir ki, Afinada yerləşən şirkət "Hengli Shipbuilding" (Singapore) və "Hengli Shipbuilding" (Dalian) ilə 82 000 dwt tutumlu üç gəmiyə dair müqavilələr imzalayıb.
Gəmilərin çatdırılması 2026-cı ilin üçüncü rübündə mərhələli şəkildə həyata keçiriləcək.
Şirkət qiyməti rəsmi olaraq açıqlamayıb, brokerlər hər bir gəmini təxminən 36–38 milyon ABŞ dolları ətrafında qiymətləndirir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

