Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-11-21,
Seanews
Heyder Eliyev

Aparıcı gəmiçilik şirkətləri dənizlərin plastikdən qorunması üçün alyans yaradıb

Aparıcı gəmiçilik şirkətləri plastik çirklənməsinə qarşı mübarizəni gücləndirmək məqsədilə “Maritime Association for Clean Seas” (“MACS”) adlı yeni alyans yaradıblar.

"Seanews.az" xəbər verir ki, təşəbbüs “Seven Clean Seas” təşkilatına məxsusdur və quruma “Berge Bulk”, “X-Press Feeders”, “Bernhard Schulte Shipmanagement” və “Britoil Offshore Services” kimi şirkətlər qoşulub.

"MACS" dənizlərdə plastik tullantıların azaldılması, gəmilərdə və limanlarda tullantı idarəetməsinin təkmilləşdirilməsi, eləcə də dayanıqlı materiallardan istifadə üzrə birgə fəaliyyət nəzərdə tutur.

Alyansın 2026-cı il üçün planına səmərəli material seçimi, gəmi tullantılarının ölçülməsi və azaldılması, limanlarda qəbul xidmətlərinin yaxşılaşdırılması kimi üç istiqamət daxildir.

Təsisçi şirkətlər dənizlərin mühafizəsinin gələcək nəsillər üçün strateji əhəmiyyət daşıdığını vurğulayıblar.

"MACS" daha təmiz dəniz mühitinə töhfə vermək istəyən digər şirkətlər üçün açıqdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır