Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-11-21,
Seanews
Heyder Eliyev

Türkiyə dənizçilikdə dünya üzrə ən böyük donanmalar sırasında 10-cu yerdədir

Türkiyə dənizçilikdə dünya üzrə ən böyük donanmalar sırasında 10-cu yerdədir. 

"Seanews.az" xəbər verir ki, bunu Türkiyənin Nəqliyyat və infrastruktur nazirinin müavini Durmuş Ünüvar bildirib.

Ünüvar həmçinin qeyd edib ki, bundan daha artığını etmək üçün insan resursumuz və infrastrukturumuz var.

Nazir müavini dəniz nəqliyyatını “qlobal miqyasda canlı bir orqanizm” adlandıraraq, Türkiyənin dənizçilik sahəsində strateji mövqeyinin və son illərdə əldə etdiyi nəticələrin əhəmiyyətinə toxunub. 

O, Türkiyənin 61 yeni gəmi sifarişi ilə dünya üzrə 9-cu, meqa yaxtaların inşasında isə 2-ci yerdə qərarlaşdığını diqqətə çatdırıb.

Durmuş Ünüvar Türkiyənin 10 940 kilometr sahil xəttinə malik olduğunu, Türk boğazlarının isə ildə 40 mindən çox gəminin keçdiyi kritik marşrutlardan biri olduğunu vurğulayıb: “Boğazlarımızdan 1 milyard tondan artıq yük keçib. Türk boğazları deyəndə, Montrö Konvensiyasını xatırlamaq lazımdır. Bu sənədin bütün müddəalarını tam yerinə yetiririk. Donanmamızı gücləndirmək və türk dənizçilərinin beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artırmaq əsas hədəflərimizdəndir.”

Ünüvar Türkiyənin 1999-cu ildən bəri Beynəlxalq Dəniz Təşkilatının (IMO) Şura üzvü olduğunu, 50 ölkə ilə 64 dənizçilik razılaşmasının mövcudluğunu bildirib. O əlavə edib: “Üç dəniz təşəbbüsü çərçivəsində strateji tərəfdaşlığımız reallaşdı və mövqeyimizi daha da gücləndirdi. Türkiyə Şərqi Aralıq dənizində və Hind okeanında tərəfdaşlıqlarını genişləndirir.”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır