"MSC" iki yeni kruiz gəmisnin tikintisi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb
"MSC Cruises" Fransanın "Chantiers de l’Atlantique" gəmiqayırma zavodunda iki yeni kruiz gəmisinin tikintisinə dair sifariş yerləşdirib.
"Seanews.az" xəbər verir ki, gəmilərin inşası ümumilikdə 4 milyard dollara başa gələcək.
Yeni sifariş edilən "World Class 7" və "World Class 8" gəmilərin inşasına 2029-cu ildə başlanılacaq. Onlar müvafiq olaraq 2030 və 2031-ci illərdə təhvil veriləcək.
"Chantiers de l’Atlantique"-in baş direktoru Laurent Castaing bildirib:“MSC Cruises-in bizə yenid'n etimad göstərməsi qürurvericidir. Təkcə 2025-ci ildə dörd yeni gəmi sifarişi almağımız zavodumuzun gücünün və MSC-nin vizyonunun göstəricisidir.”
MSC Cruises-in İdarə Heyəti sədri Pierfrancesco Vago isə sektora uzunmüddətli inamı vurğulayaraq qeyd edib ki, yeni gəmilər enerji səmərəliliyi və yanacaq texnologiyaları baxımından şirkətin yaşıl keçid strategiyasına uyğun hazırlanır.

