“ONE Henry Hudson” yanğından sonra Los-Anceles limanında lövbər yerinə yedəklənib
Los-Anceles limanında yanğınla üzləşən “ONE Henry Hudson” konteyner gəmisi yanğının nəzarət altına alınmasından sonra lövbər sahəsinə yedəklənib.
"Seanews.az" ABŞ Sahil Mühafizəsinin məlumatına istinadən xəbər verir ki, alov bir yük bölməsində lokallaşdırılıb və söndürmə işləri davam edir.
Yanğın Panama bayraqlı və “Ocean Network Express (ONE)” tərəfindən idarə olunan gəmidə 21 noyabr axşamı Yusen terminalında başlayıb. Hadisə yerinə 200-dən çox yanğınsöndürən cəlb olunub, limandakı yeddi terminaldan dördü müvəqqəti bağlanıb.
Gəminin 23 nəfərlik heyəti təhlükəsiz şəkildə təxliyə edilib, xəsarət alan yoxdur.
Limanın fəaliyyəti bərpa olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

