"APM Terminals" Kalyao limanının genişləndirilməsinə 550 milyon dollar yatırım edir
"APM Terminals" Perunun Kalyao limanının genişləndirilməsi üçün 550 milyon dollar həcmində investisiya ayıracaq.
"Seanews.az" "Reuters"-in məlumatına istinadən xəbər verir ki, genişləndirmə işlərinə yanvardan start veriləcək.
"AP Moller – Maersk"-ə məxsus terminal operatorunun investisiyası iki il ərzində həyata keçiriləcək.
Bu investisiya limanın buraxılış qabiliyyətinin artırılmasına, həmçinin 24 min TEU-ya qədər konteyner daşıyan gəmi qəbuluna imkan verəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

