Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-11-25,
Seanews
Heyder Eliyev

Aktauda 300 milyon dollar dəyərində yeni liman tikiləcək

Aktauda 300 milyon ABŞ dolları dəyərində yeni dəniz limanının tikintisi planlaşdırılır.

"Report" xəbər verir ki, bu barədə "Xabar" agentliyi Mangistau vilayətinin rəhbəri Nurdaulet Kilıbaya istinadən bildirir.

Onun sözlərinə görə, strateji tərəfdaş Çinin "Zhongyun International" şirkətlər qrupudur.

N.Kilıbaya vurğulayıb ki, investor şirkəti regionda qeydiyyatdan keçirib və investisiya müqaviləsinin imzalanması üçün sənədlər hazırlayır.

"Layihə yeni "Çin - Qazaxıstan - Aktau - Bakı - Poti - Avropa" beynəlxalq nəqliyyat dəhlizinin formalaşmasına töhfə verəcək. Onun həyata keçirilməsi yüklərin çatdırılma müddətini 7-15 gün, nəqliyyat xərclərini 18-25 % azaltmağa və yeni iş yerləri yaratmağa imkan verəcək", - o qeyd edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır