Çanaqqala boğazından keçən gəminin mühərrikində nasazlıq yaranıb
Bodrumdan Ukraynaya gedən Panama bayraqlı “ATA1” adlı quru yük gəmisi Çanaqqala boğazından keçərkən mühərrikində nasazlıq yaranıb.
"Seanews.az" xəbər verir ki, hadisə ilə bağlı məlumat daxil olduqdan sonra Türkiyənin sahil təhlükəsizliyi xidməti gəmiyə kömək üçün cəlb olunub. Gəmi nəzarət altına alınaraq “Kurtarma-14” adlı yedək gəmisi vasitəsilə təhlükəsiz əraziyə aparılıb.
Məlumata görə, hadisə nəticəsində gəmiyə və ətraf mühitə zərər dəyməyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

