Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-11-26,
Seanews
Heyder Eliyev

"Maersk" Süveyşə qayıdış barədə qərarını təxirə salıb

"Maersk" şirkəti Süveyş kanalı vasitəsilə reysləri bərpa etməyə dair konkret tarix müəyyən etməyib və gəmilərin marşrutlara geri dönməsi üçün təhlükəsizlik şərtlərinin tam təmin olunmasını gözləyir.

Seanews.az xəbər verir ki, bu barədə şirkətin yaydığı açıqlamada bildirilib.

Açıqlamada qeyd olunub ki, "Maersk" Şərq–Qərb dəhlizində naviqasiyanı “şərtlər imkan verdikcə” bərpa etməyi planlaşdırır. 

Bu açıqlama Süveyş Kanalı İdarəsi (SCA) ilə "Maersk" arasında İsmailiyyədə imzalanan strateji tərəfdaşlıq razılaşmasından sonra verilib.

Qeyd edək ki, "Maersk" ötən il Bab əl-Məndəb yaxınlığındakı hücumlar səbəbindən donanmasının əksər hissəsini Qırmızı dənizdən kənarlaşdırmışdı. 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır