“SHIP25” gəmiqayırma müqaviləsinin yeni standart forması istifadəyə verilib
Gəmiqayırma sənayesində tətbiq olunan “SHIP 2000” müqaviləsi yenilənərək yeni standart forma — “SHIP25” kimi təqdim olunub.
"Seanews.az" xəbər verir ki, sənəd 2024-cü ildə başlanmış yenidən işləmə prosesi nəticəsində hazırlanıb.
Yeni model Norveç Gəmi Sahibləri Assosiasiyası, "Nordisk Defence Club", "Norwegian Shipbuilders" və "Wikborg Rein" arasında aparılan danışıqlarla razılaşdırılıb.
“SHIP25” layihə idarəetməsini gücləndirir, aylıq tikinti hesabatlarını məcburi edir, alıcı tərəfindən seçilən subpodratçılar üzrə məsuliyyəti balanslaşdırır. Sənədə təhlükəsizlik, korrupsiya ilə mübarizə, kibertəhlükəsizlik və sanksiya tələbləri üzrə yeni bəndlər də əlavə olunub.
Yeni model müasir normativ və texnoloji tələblərə uyğunlaşdırılmış gəmiqayırma müqaviləsi forması kimi təqdim olunur.

