Polşa üç sualtı qayığın tədarükü üçün İsveçin "Saab" şirkətini seçib
Polşa Baltik dənizində müdafiə qabiliyyətini gücləndirilməsi ilə bağlı çoxmilyardlıq müqavilə çərçivəsində üç sualtı qayığın alınması üçün İsveçin "Saab" konsernini seçib.
"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə Polşa Baş nazirinin müavini, milli müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.
O qeyd edib ki, İsveçin təklifi bütün meyarlar – təhvil müddəti, dəyəri və istismar imkanları baxımından ən yaxşısı olub. Müqavilənin dəyəri təxminən 10 milyard zlotı (2,73 milyard ABŞ dolları) qiymətləndirilir. İsveç həmçinin Polşadan müəyyən silahları daha geniş əməkdaşlıq sazişi çərçivəsində almağa və Polşa hərbçilərinin hazırlığı üçün təlim sualtı qayığı verməyə öhdəlik götürüb.
Varşava ilk sualtı qayığı 2030-cu ildə əldə etməyi, müqavilənin rəsmiləşdirilməsini isə ən geci 2026-cı ilin ikinci rübünədək başa çatdırmağı planlaşdırır.
"Saab"ın A26 tipli sualtı qayıqları Rusiyanın Ukraynaya müdaxiləsindən sonra hərbi xərclərin artması fonunda Polşanın "Orka" proqramı çərçivəsində ən böyük müdafiə alışlarından biri olub.

