Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-11-27,
Seanews
Heyder Eliyev

Vilminqton limanında konteyner gəmisində yanğın baş verib

ABŞ-nin Vilminqton limanında "Chiquita Voyager" konteyner gəmisində yanğın baş verib.

"Seanews.az" xəbər verir ki, hadisə ötən gün saat 9:30 radələrində qeydə alınıb. Alovun mühərrik bölməsində, generator qurğusunda başladığı və qısa müddətdə böyüdüyü bildirilib. 

Hadisə yerinə Vilminqton Yanğın Departamenti, tibbi yardım qrupları və bir neçə regional fövqəladə xidmət cəlb edilib. Söndürmə işləri gəminin müxtəlif səviyyələrində paralel aparılıb, körpüdən su xətti qoşulub, Sahil Mühafizəsi isə dənizdən dəstək verib.

Saat 10:00-da gəmi kapitanı və xilasedicilər mühərrik bölməsini CO₂ sistemi ilə təcrid edilərək söndürmə qərarı qəbul ediblər. Heyət tam təxliyə edildikdən sonra bölmə qazla doldurulub və yanğın lokallaşdırılıb. Söndürmə işləri davam edir.

İlkin məlumatda iki dənizçinin itkin düşdüyü bildirilsə də, daha sonra bütün heyət üzvlərinin sağ tapıldığı açıqlanıb. Bununla belə, yanğın nəticəsində üç dənizçi yüngül yanıq xəsarətləri alıb, onlar xəstəxanaya yerləşdiriliblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır