"DP World" Santus limanının genişləndirilməsinə 275 milyon dollar sərmayə yatırır
Braziliyanın Limanlar Nazirliyi ilə "DP World" Santus Limanının emal gücünü artırmaq məqsədilə 275 milyon dollarlıq yeni investisiya planını açıqlayıb.
"Seanews.az" xəbər verir ki, layihə çərçivəsində terminalın illik konteyner emal gücünün 2028-ci ilə qədər mərhələli şəkildə 2,1 milyon TEU-ya çatdırılması nəzərdə tutulur.
Genişləndirmə proqramı 190 metrlik əlavə körpü tikintisini əhatə edir. Bu, mövcud körpünün uzunluğunu 1 100 metrdən 1 290 metrə yüksəldərək limanda 150 000 dwt-ə qədər tutuma malik, 366 metr uzunluğunda "New Panamax" tipli gəmilərin eyni zamanda qəbuluna imkan verəcək.
Birinci mərhələnin 2025-ci ilin avqustunda tamamlanacağı bildirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

