Floridada katamaran qəzaya uğrayıb
Floridada Kalusahatçi çayında katamaranın qəzaya uğraması nəticəsində üç nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə "ABC News" telekanalı rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, Li dairəsinin fövqəladə hallara reaksiya qrupuna katamaranda dörd nəfərin olduğu və onun çayda aşması barədə çağırış daxil olub.
Axtarışlar zamanı xilasedicilər üç nəfərin cəsədini tapıblar, daha bir sərnişin isə kritik vəziyyətdə xəstəxanaya çatdırılıb.
Qəzanın səbəbləri araşdırılır, aidiyyəti qurumlar hadisənin başvermə şəraitini araşdırırlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

