"HMM" dörd konteyner gəmisinin tikintisiə dair sifariş yerləşdirib
Cənubi Koreyanın aparıcı gəmiçilik şirkəti "HMM" genişlənmə planları çərçivəsində "Hanwha Ocean"-a dörd ədəd 13 000 TEU-luq konteyner gəmisi sifariş verib.
"Seanews.az" xəbər verir ki, müqavilənin dəyəri 730 milyon dollardır.
Gəmilərin 2029-cu ildə təhvil veriləcəyi bildirilir.
"Alphaliner"-in təhlilinə görə, şirkətin donanma tutumu hazırda 1 016 180 TEU təşkil edir və son beş ildə "HMM"-in istismar etdiyi ümumi tutum iki dəfə artıb.
Şirkət keçən ilin sentyabrında 2030-cu ilə qədər olan genişlənmə planlarını açıqlamışdı. Bu plan çərçivəsində "HMM" 23,5 trilyon von (təxminən 17,48 milyard dollar) ayıraraq konteyner donanmasını demək olar iki dəfə, tanker və quru yük donanmalarını isə üç dəfə böyütməyi hədəfləyir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

