Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-02,
Seanews
Heyder Eliyev

Qara dənizdə baş verən son hadisələrin Türkiyənin təhlükəsizliyinə təsirləri müzakirə ediləcək

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin (NK) iclası keçiriləcək.

"Report" bu barədə "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, NK iclası Türkiyə saatı ilə 15:00-da (Bakı vaxtı ilə 16:00) başlayacaq. Toplantıda "Terrorsuz Türkiyə" prosesi, Suriyadakı son vəziyyət və Qəzzaya humanitar yardımların göndərilməsi müzakirə olunacaq.

Bildirilib ki, iclasda Qara dənizdə neft daşıyan tankerlərin zərbə alması məsələsinə xüsusilə diqqət yetiriləcək. Baş verən hadisələrin Türkiyə və regionun təhlükəsizliyinə təsirləri dəyərləndiriləcək.

Xatırladaq ki, noyabrın 28-də Qara dənizdə "Kairos" və "Virat" tankerləri hücuma məruz qalıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır