Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-02,
Seanews
Heyder Eliyev

Alternativ yanacaqla işləyən gəmilərə dair sifarişlər azalıb

2025-ci ilin on bir ayında alternativ yanacaqla işləyən gəmilərə dair 232 yeni sifariş verilib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 53% azalma deməkdir.

"Seanews.az" bu barədə Norveç Dəniz Tətbiqləri və Sertifikatlaşdırma Təşkilatı (“DNV”) tərəfindən idarə olunan “Alternative Fuels Insight" (AFI) platformasının məlumatına istinadən xəbər verir. 

Məlumatda qeyd edilir ki, azalmaya baxmayaraq LNG ilə işləyən gəmilər bazarda üstün mövqeyini qoruyub və bütün alternativ yanacaq sifarişlərinin 67%-ni təşkil edib.

Noyabr ayında verilmiş 10 sifarişin hamısı LNG ilə işləyən gəmilər olub. Hesabatda bildirilir ki, həmin ay 6 konteyner gəmisi, 4 tanker üçün sifariş qeydə alınıb.

Hesabata görə, konteyner gəmiləri alternativ yanacaq sifarişlərinin 66%-ni formalaşdırıb.

“DNV Maritime”in Qlobal dekarbonizasiya direktoru Ceyson Stefanatos açıqlamasında bildirib ki, ilin ikinci yarısında sifarişlərin azalması ümumi bazar tendensiyalarını əks etdirir. Onun sözlərinə görə, LNG üzrə tələbat sabit olaraq qalır və üstünlük açıq şəkildə davam edir.

Məlumata əsasən, 2025-ci ildə metanol ilə işləyən gəmilərin sifarişi ümumi göstəricinin 20%-ni təşkil edib. Bu göstərici 2024-cü ildə 32% idi.

“DNV” rəsmiləri qeyd edir ki, metanol sifarişlərindəki azalma yaşıl metanol istehsalı infrastrukturunun ləng inkişafı ilə bağlı ola bilər.

Məlumatda o da vurğulanır ki, 2024-cü ildə 27 ammonyakla işləyən gəmi sifarişi qeydə alınıb və ilk dəfə olaraq qeyri-qazdaşıyan gəmi növləri də bu kateqoriyaya daxil olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır