Husilər "Eternity C" gəmisinin ekipajını azad ediblər
Husilər bu ilin iyulunda batırılan "Eternity C" gəmisinin heyət üzvləriniı azad ediblər.
"Seanews.az" xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Xatırladaq ki, Yunanıstana məxsus və Liberiya bayrağı altında üzən “Eternity C” gəmisində ümumilikdə 25 nəfər olub. Hücum nəticəsində gəmi batırılmış, 10 nəfər sağ xilas edilmiş, 4 nəfər ölmüş, 11 nəfər isə itkin düşmüşdü.
Həmin vaxt husilər gəmiyə hücumun videosunu yaymış, heyətin bir hissəsini xilas etdiklərini və təhlükəsiz yerə apardıqlarını bildirmişdilər. Lakin ABŞ-nin Yəməndəki səfirliyi bunun əksini iddia edərək, husiləri gəmi heyətini qaçırmaqda və xilasetmə işlərinə mane olmaqda günahlandırmışdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

