Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-08,
Seanews
Heyder Eliyev

Cənubi Koreya ABŞ-də gəmi inşasına milyardlarla sərmayə qoyur

Cənubi Koreyanın "Samsung Heavy Industries" (SHI) şirkəti ABŞ gəmiqayırma sektoruna daxil olur. Bu addım ABŞ-nin yerli gəmiqayırma zavodlarını dəstəkləmək üçün başladığı “Make American Shipbuilding Great Again” proqramı çərçivəsində həyata keçirilir.

"Seanews.az" xəbər verir ki, "SHI" "General Dynamics NASSCO" və "DSEC" şirkətləri ilə üçtərəfli əməkdaşlıq sazişi imzalayıb.

Bu əməkdaşlıq gələcəkdə ABŞ Hərbi Dəniz Qüvvələri və kommersiya gəmiləri üçün daha müasir və texnologiyalı gəmilərin hazırlanmasına imkan verəcək.

Bundan əlavə, "SHI" sürətlə böyüyən ABŞ LNG yanacaq təminatı bazarında iştirak etmək üçün Luizianadakı "Conrad" gəmiqayırma zavodu ilə də müqavilə imzalayıb. Bu əməkdaşlıq ABŞ standartlarına uyğun LNG yanacaq doldurma gəmilərinin hazırlanmasına yönələcək.

Cənubi Koreya ABŞ ilə aparılan ticarət danışıqları çərçivəsində Amerika gəmiqayırma sənayesinə ümumilikdə 150 milyard dollar sərmayə qoymağı planlaşdırır.

Bu müddət ərzində digər Cənubi Koreya şirkətləri də ABŞ bazarında fəallaşıb. "Hanwha Ocean" "Philly Shipyard"-ı alaraq onu yenidən canlandırmağı nəzərdə tutur. "HD Hyundai" isə ABŞ-də yeni satınalmalar planlaşdırır və mövcud əməkdaşlıqlarını genişləndirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır